Bakıda məktəbdə şagirdə işgəncə verildiyi iddia edilir - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakının Suraxanı rayonundakı 89 nömrəli tam orta məktəbdə 7-ci sinif şagirdi olan qıza ayaqyolunda işgəncə verildiyi iddia edilir.
Məktəbdə döyüldüyünü deyən uşaq müsahibəsində hadisənin cümə günü dərsdən sonra baş verdiyini iddia edib.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, 14 yaşlı məktəbli iddia edir ki, dərs bitdikdən sonra ayaqyoluna gedib və orada tanımadığı qadınların hücumuna məruz qalıb.
Məktəbli qız həm sinif yoldaşları, həm də müəllimləri ilə münasibətinin yaxşı olduğunu deyib.
Anası Humay Paşayeva isə bildirib ki, onun hər iki övladı 89 saylı tam orta məktəbdə oxuyur. Oğlu 8-ci, qızı isə 7-ci sinifdə ikinci növbədə təhsil alırlar. Hadisə baş verən gün Humay Paşayeva övladına zəng edib. Onun telefonuna cavab vermədiyini gördükdə isə müəllimi ilə əlaqə saxlayıb. Telefon danışığı zamanı valideyn məktəbə dəvət edilib.
Valideyn iddia edir ki, ötən ayın əvvəllində də qızını məktəbin pilləkənlərindan itələyiblər. Bununla bağlı məktəb rəhbərliyinə məlumat verib. Bu dəfə isə övladının təkcə döyülmədiyini, eyni zamanda, ona kəsici alətlə xəsarət yetrildiyini iddia edir.
Hadisə ilə bağlı xəsarət yetirildiyi iddia olunan şagirdin sinif rəhbəri Yaşar Cabbarov ilə əlaqə saxladıq. O bildirdi ki, hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirildi ki, VII sinifdə təhsil alan məktəbli qız direktor müavininə yaxınlaşaraq iki sinif yoldaşı ilə birgə 5-ci dərsdən sonra ayaqyolunda olduğunu və onlar getdikdən sonra təzyiqə məruz qaldığını iddia edib. Məktəb rəhbərliyi dərhal məsələni araşdırmağa başlayıb. Zərərçəkmiş məktəbli gözünün bağlı olduğunu və bunu kimlərin etdiyini görə bilmədiyini söyləyib. Məktəbli ilə birgə ayaqyolunda olan digər iki qız da dəvət olunub və onlar bu barədə heç bir məlumatlarının olmadığını söyləyiblər. Zərərçəkmiş məktəbli qız isə "mənim işim var" deyərək onları yola salıb. Məsələni aydınlaşdırmaq üçün şagirdin valideyni məktəbə dəvət olunub və araşdırılmada iştirak edib. Evə qayıtdıqdan sonra valideyn evdən övladının gizlətdiyi kəsici alət tapdığı haqqında məlumat verib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Araşdırma zamanı məlum olub ki, şagird özü-özünə xəsarət yetirib və qorxduğu üçün yalan söyləyib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq





