Uhud savaşı haqqında
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Məkkə müşrikləri Bədr döyüşündəki məğlubiyyətlərinin intiqamını almaq məqsədi ilə böyük bir ordu toplamağa başladılar. Nəticədə onlar üç min dəvə, iki yüz at və yeddi yüz zirehlə təchiz edilmiş və üç min döyüşçüdən ibarət olan bir ordu topladılar. Ordu Əbu Süfyanın başçılığı altında Mədinə şəhərinə doğru hərəkət etdi. Müşriklər Mədinənin yaxınlığına qədər gəlib Uhud və Ayneyn dağlarının yaxınlığındakı vadidə düşərgə qurdular. Bu hadisə müsəlmanların Mədinə şəhərinə hicrət etmələrindən 3 il sonra şəvval ayında baş vermişdir. Müşrik ordusunun Mədinəyə yaxınlaşması haqda xəbər Peyğəmbərə çatdıqda o, müsəlmanlarla müdafiə planı haqda məşvərət etdi. O, müsəlmanların ordusunu üç alaya böldü. Peyğəmbər Uhud dağına yönəlib oradakı vadinin dağa tərəf olan yerində mövqe tutdu. Allahın elçisi burada əskərləri üçün vəzifə bölgüsü apardı. Rəvayət edilir ki, Bəra ibn Azib demişdir: "Peyğəmbər Uhud döyüşündə əlli nəfərlik oxçu dəstəsinə Abdullah ibn Cubeyri başçı təyin edib demişdir: "Quşların cəsədlərimizi dimdikləyib yediyini görsəniz belə, mən sizə xəbər göndərməyincə yerinizdən ayrılmayın! Bizim düşməni darmadağın edib onları tapdaladığımızı görsəniz belə, mən sizə xəbər göndərməyincə yerinizdən ayrılmayın!"
Müsəlmanlar ilk həmlədə düşməni darmadağın etdilər. Vallahi ki, mən (müşriklərin özləri ilə gətirdikləri) qadınların paltarlarının ətəyini əllərinə alıb qaçdığını gördüm. Onların xalxalları (yaraşıq üçün topuqlarına taxdıqları zinət əşyaları) və ayaqları görünürdü. Bu vaxt Abdullah ibn Cubeyrin dəstəsindəki oxçular: "Qənimət! Ay camaat, qənimət! Qardaşlarımız qalib gəldilər! Siz nəyi gözləyirsiniz?!"- dedilər.
Abdullah ibn Cubeyr dedi: "Peyğəmbərin sizə dediklərini nə tez unutdunuz?!"
Onlar: "Vallahi, biz camaatın yanına gedib payımıza düşən qənimətləri götürəcəyik"- deyib ora yüyürdülər. (Müşriklərin süvari dəstəsi Abdullah ibn Cubeyr və onun yanında qalmış ona yaxın səhabədən başqa oxçuların tutduqları mövqeni qoyub getdiklərini gördükdə əks hücuma keçdilər, nəticədə isə) müsəlmanlar qaçmağa üz tutdular və məğlubiyyətə uğradılar. Həmin vaxt Peyğəmbər arxa tərəfdən onları çağırırdı. Peyğəmbərin yanında cəmi on iki nəfər adam var idi. Müşriklər bizdən yetmiş nəfəri şəhid etmişdilər. Halbuki Bədr döyüşündə Peyğəmbər və onun əshabələri müşriklərdən yüz qırx nəfərin başına müsibət gətirmiş - yetmişini əsir götürmüş, yetmişini də öldürmüşdülər.
Müsəlmanlar geri çəkildikdən sonra Əbu Süfyan onlara yaxınlaşdı və üç dəfə qışqırıb dedi: "Muhəmməd aranızdadırmı?" Peyğəmbər əshabələrinə ona cavab verməyi qadağan etdi.
O, yenə üç dəfə qışqırıb dedi: "Əbu Quhafənin oğlu (yəni Əbu Bəkr) aranızdadırmı?" Yenə üç dəfə qışqırıb dedi: "Xəttabın oğlu (yəni Ömər) aranızdadırmı?" Bundan sonra o, müşriklərin yanına qayıdıb dedi: "Bu üçü artıq öldürülmüşdür."
Onda Ömər özünü saxlaya bilməyib dedi: "Vallahi, yalan danışdın, ey Allahın düşməni! Həqiqətən, adlarını çəkdiyin adamların hamısı sağdır və sənin məyus qalacağın günlərin hələ qabaqdadır."
Əbu Süfyan dedi: "Bu gün, Bədr gününün əvəzidir. Bilin ki, döyüş dəyişkəndir. Siz ölülərinizin eybəcər hala salınmış olduğunu görəcəksiniz. Hərçənd bunu mən əmr etməmişəm, lakin bu məni heç kədərləndirmir də." Sonra o, təntənəli surətdə: "Yaşasın Hubəl! Yaşasın Hubəl!"- deyə qışqırdı. (Bu, Kəbənin içinə yerləşdirilmiş, Kinanə qəbiləsinin ibadət etdiyi bütün adıdır).
Peyğəmbər əshabələrinə: "Onun cavabını verməyəcəksinizmi?!"- deyə buyurdu.
Əshabələr soruşdular: "Nə deyək, ya Rəsulullah?"
Peyğəmbər buyurdu: "Deyin: "Allah hər şeydən uca və uludur!"
Əbu Süfyan isə cavabında belə dedi: "Bizim Uzzamız var, sizin isə belə bir bütünüz yoxdur!"
Peyğəmbər: "Onun cavabını verməyəcəksinizmi?!"- deyə buyurdu. Əshabələr soruşdular: "Nə deyək, ya Rəsulullah?"
Peyğəmbər buyurdu: "Deyin: "Allah bizim himayədarımızdır, sizin isə himayədarınız yoxdur!" (əl-Buxari, 3039).
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Metronun 2 stansiyasında giriş sabahdan ödənişsiz olacaq - müddət açıqlandı - Yenilənib
-
Azərbaycanda plastik cərrahların sayı artdı
-
Bu qurumlar sabahdan distant iş rejiminə keçir
-
ADY-nin Astara Terminalında yük aşırılması 30 faiz artıb
-
Azərbaycanda bu tələbələrə kirayə pulu verilə bilər
-
Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib - (Video)
XƏBƏR LENTİ
-
Elnarə Əliyeva vəfat etdi - (Foto)
-
İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş
-
Yasamal və Babəkdə işıq olmayacaq - Yenilənib
-
Zelenski və Tramp Nyu-Yorkda görüşüb
-
“Sabah”ın gənc azarkeşi vəfat etdi - (Foto)
-
Oğuz və Şəkidə tikilən su anbarı: Torpaq sahələri üçün 471 min manatdan çox ödəniş nəzərdə tutulur
-
İsmət Cəfərova yüksək vəzifə verildi
-
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə edildi - (Foto)
-
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Tarixdə ilk: İnsanla robot arasında döyüş keçirildi - (Video)
-
Meymun tanınmış yazıçının həyat yoldaşını öldürdü - anbaan (Video)
-
Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olmasını arzulayırıq - Ərdoğan
-
Dambrauskas bölgələrimizə heyran qaldı - (Foto)
-
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
-
“Kızılcık şerbeti”ndə yeni sima - (Foto)
-
İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılıb - Yenilənib
-
Bakıdakı universitetlərdə dərslər distant olacaq
-
Xamenei xalqa müraciət etdi
-
Tramp BMT Baş Assambleyasında Prezident İlham Əliyevdən sitat gətirib
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib - (Foto)
-
Erməni idmançı UFC-dən kənarlaşdırıldı
-
"Səni ilk qucağıma aldığım gün sanki dünən idi" - Fatimə Fətəliyeva - (Foto)
-
Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır
-
Gənc istedadlar Fidan Hacıyevanın Beynəlxalq Opera Festivalının əhəmiyyətindən danışıblar - (Foto)





