Cəmiyyət

Bakının bu hissəsində qaz olmayacaq

9 Oktyabr 2023 23:24
Baxış: 1 929
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sabah Bakı şəhərinin Binəqədi rayonunun Vulkan, 1 May yaşayış massivlərinin, Binəqədi və Biləcəri qəsəbələrinin bir hissəsinin və Suraxanı rayonunun Hövsan qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Milli.Az-a "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.

Oktyabrın 10-da saat 09:30-dan "Xırdalan" QPS-də yeni quraşdırılmış kollektorun birləşməsi işləri, "Hövsan" QTM-də baypas xəttin quraşdırılması ilə əlaqədar "BMSK" ölçü qovşağından və "Bahar" QPM-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.