Cəmiyyət

“Müəllimlərə vəsaitin toplanması yolverilməzdir” - XƏBƏRDARLIQ

4 Oktyabr 2023 19:52
Baxış: 1 786
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlərə hər hansı formada hədiyyələrin verilməsi və ya vəsaitin toplanması yolverilməzdir".

Milli.Az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva Bakıdakı məktəb rəhbərləri, eləcə də valideynlərə müraciətində bildirib.

Onun sözlərinə görə, bununla bağlı monitorinqlər aparılacaq:

"Təhsil ictimaiyyətinin başlatdığı #MənimMüəllimim çağırışına qoşularaq müəllimlərə xoş söz, təbrik mesajlarının çatdırılması onlar üçün ən böyük hədiyyədir. Şagird və ya valideynlərin müəllimlərə hədiyyə verilməsi, vəsaitin toplanması isə yolverilməzdir. Bu kimi hallarla rastlaşdıqda nazirliyin "Qaynar xətt" xidmətinə (146) anonim olmadan məlumat verməyinizi xahiş edirik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.