Cəmiyyət

Azərbaycan Aya və Marsa missiya göndərməyi düşünür

2 Oktyabr 2023 21:40
Baxış: 950
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Aya və Marsa 2030-cu ildə missiya göndərməyi düşünür.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində çıxışı zamanı "Azərkosmos" QSC-nin idarə heyətinin sədri Saməddin Əsədov bildirib.

Onun sözlərinə görə, Azərbaycan son 10 ildə kosmosa 600 milyon dollar investisiya qoyub.

Sədr qeyd edib ki, bu gün İsrail ilə kosmik peykin orbitə çıxarılması ilə bağlı bağlanan müqavilə ilə yanaşı, Azərbaycan hökuməti kosmos proqramını davam etdirəcək.

"Gələcəkdə bölgədə xidmət sferasını genişləndirmək üçün telekommunikasiya peyki buraxmağı düşünürük. 2030-cu ildə Aya və Marsa missiya göndərməklə bağlı düşünəcəyik", - Saməddin Əsədov vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.