Cəmiyyət

Yardım VİDEOsunu görün necə montaj etdilər - Erməni yalanının ifşası

25 Sentyabr 2023 20:00
Baxış: 4 299
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İlk video orijinaldır. Ahıl, əlləri titrəyən qarabağlı erməni qadına Azərbaycan polisi və hərbçisi yardım edirlər. Onlar qoca erməni qadına su verirlər. Lakin qocanın əlləri əsdiyi üçün stəkanı tuta bilmir, suyu dağıdır. Belədə polisimiz suyun bir hissəsini tökür ki, qoca erməni qadın su içə bilsin. Amma qadın yenə çətinlik çəkir - əlləri əsir.

Polislə hərbçimiz ona su verirlər.

Bəs erməni degeneratlar nə edirlər? Videonu kəsib doğrayırlar. Məqsədləri budur ki, azərbaycanlı polisin su stəkanına tüpürməsi ilə bağlı təəssürat yaransın. Sonra yenə "montaj" edirlər ki, sən demə, qoca erməninin əlindən su stəkanını alırlar, suyu da yerə tökürlər.

Bir tərəfdə Azərbaycan polisinin və hərbçisinin şəfqəti, humanizmi - digər tərəfdə erməni yalanı, şərəfsizliyi.

Üstəlik, indi də sosial şəbəkələrdə paylaşım edirlər ki, sən demə, bu qoca erməni qarını "azərbaycanlı hərbçiləri oğurlayıblar, girov götürüblər, işgəncələr verirlər".

Şərəfsiz yığnaq - bizi öz arşınınızla, mənəviyyatsızlığınızla ölçməyin.

İgidlərimiz qadınlarla, qocalarla, uşaqlarla döyüşmür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.