Cəmiyyət

Bu şagirdlərin məktəb yolu qəbiristanlıqdan keçir - VİDEO

23 Sentyabr 2023 13:28
Baxış: 1 360
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nur yaşayış massivində yerləşən 314 nömrəli məktəbin şagirdləri təhsil üçün qəbiristanlıqdan keçməli olurlar.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, şagirdlər hər gün dərsə məzar daşlarının arası ilə gedib - gəlirlər.

Valideynlər deyirlər ki, ötən ilə qədər məktəbə qəbiristanlığın kənarı ilə bir neçə yol var idi. Lakin indi hamısı özəlləşdirilib.

Sakinlərin iddiasına görə, bu məsələ ilə əlaqədar aidiyyəti qurumlara müraciət etsələr də, heç bir nəticəsi olmayıb.

Sözügedən problemlə bağlı Biləcəri bələdiyyəsinin sədri Ehtibar Cabbarov bildirdi ki, məsələ araşdırılacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.