Cəmiyyət

Vergiödəyicilərinin vəsaiti uçotdan gizlədilərsə maliyyə sanksiyası tətbiq edilirmi?

4 Sentyabr 2023 21:38
Baxış: 708
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı Vergi qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyası tətbiq olunur.

Dövlət Vergi Xidmətindən Milli.Az-a bildirilib ki, Vergi Məcəlləsinin 58.8.1 maddəsinə əsasən, vergiödəyicilərinə məxsus pul vəsaitlərinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsi və ya uçota alınmaması vergiyə cəlb ediləcək.

Belə ki, uçotdan gizlədilmiş və ya uçota alınmamış pul vəsaitinin 1000 manatdan çox olan hissəsinin 10 faizi, həmçinin təqvim ili ərzində belə hala təkrar yol verdikdə, uçotdan gizlədilmiş və ya uçota alınmamış pul vəsaitinin 1000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.