Cəmiyyət

Polisdən bölgələrdə NARKOTİK ƏMƏLİYYATI - VİDEO

19 Avqust 2023 16:51
Baxış: 849
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zaqatalada keçmiş məhkumdan 2 kiloqramdan artıq narkotik vasitə götürülüb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində rayonun Kəbəloba kənd sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuş Aftandil Ramazanov şübhəli kimi  saxlanıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman 2 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb. 

Şəmkirin  Çaparlı kənd sakini Valeh Hüseynov da ifşa edilib. Onun yaşadığı evin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq etməklə əkdiyi 150 ədəd çətənə kolu aşkar edilib. Növbəti əməliyyat zamanı isə Qədimqala kənd sakini Namiq Şirinovun yaşadığı evdən 20 ədəd çətənə kolu aşkarlanaraq götürülüb. Qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Orxan Sərdarovun polis bölməsində üzərinə baxış zamanı isə bir ədəd sellofan bükümdə qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.