Cəmiyyət

Yol qəzalarının "qara statistikası" AÇIQLANDI - VİDEO

12 Avqust 2023 14:51
Baxış: 959
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu il 6 ayı ərzində yol qəzalarında 387 nəfər ölüb, 669 nəfər xəsarət alıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, baş verən hadisələrin 44,3 faizi gündüz, 39,4 faizi gecə, 16,3 faizi isə toran vaxtı baş verib. Qəzalardan 29,2 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 88,5 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 24,7 faiz artaraq 293 nəfər, yaralananların sayı isə 7,5 faiz azalaraq 644 nəfər olub.

Bütün yol-nəqliyyat hadisələrinin 39,1 faizi bir neçə nəqliyyat vasitəsinin, 37,9 faizi nəqliyyat vasitələrinin və piyadaların, 23,0 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 74,7 faizini, yaralananların isə 73,2 faizini kişilər təşkil edir.

Sərxoş halda maşın sürmək nəticəsində ölümlə və ya yaralanma ilə nəticələnən 16 qəza olub, 4 nəfər ölüb. 18 nəfər yaralanıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.