Dahi qəzəlxan Əliağa Vahidin qızı Firəngiz xanımın sosial problemləri var.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, şairin 68 yaşlı yadigarının vəziyyəti barədə tarzən Humay Qədimova öz instaqram hesabında məlumat verib.
"İşsizdir, təkdir, evi çox pis və təmirsiz vəziyyətdədir", - o deyib.
H. Qədimova Ə. Vahidin qəzəllərinə müraciət edən xanəndə və meyxanaçıları Firəngiz xanıma kömək etməyə çağırıb.
Qeyd edək ki, Ə. Vahidin digər övladı, oğlu Ramiz İsgəndərov dünyasını dəyişib.
Milli.Az