Cəmiyyət

Rəşad Dağlıya hökm oxundu - YENİLƏNİB - FOTO

28 İyul 2023 12:04
Baxış: 4 249
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakıda qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə məhkəmə prosesi yekublaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Rəşad Dağlıya 9 il 6 ay həbs cəzası verilib. Qeyd olunub ki, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

-------

11:54

Bakıda qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Milli.Az APA-ya istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə Rəşad Dağlının vəkili çıxış edərək müvəkkili barəsində daha yüngül cəza verilməsinin xahiş edib.

"Mənim necə insan olduğumu xalq bilir. Həmişə dövlətimin yanında olmuşam. Bundan başqa mənim iki övladım var, ödənişli təhsil alırlar. Azadlıqdan məhrum edilsəm, necə olacaq. Xahiş edirəm nəzərə alasınız, mənə həbslə bağlı olmayan cəza verəsiz".

Qeyd edək ki, ötən prosesdə prokuror Rəşad Dağlının 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, Rəşad Dağlı ötən il noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşınında bıçaqla qətlə yetirməkdə təqsirləndirilir. Hadisəni törədən meyxanaçı könüllü olaraq polisə təslim olub.

Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci( qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham irəli sürülüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.