Cəmiyyət

Bakıda yaşayış binası qəzalı vəziyyətdədir - sakinlər narahatdır - VİDEO

27 İyul 2023 14:10
Baxış: 820
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəzər rayonu, "Şimal Dres" deyilən ərazinin Dəniz küçəsi 3 ünvanında yerləşən üçmərtəbəli yataqxana tipli yaşayış binası qəzalı vəziyyətdədir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, binada 48 mənzil var.

Burada yaşayan sakinlər bildirir ki, bina qəzalı vəziyyətdədir.

Onların sözlərinə görə, öz hesabalarına dəfələrlə təmir etdirsələr də, hər dəfə binanın müxtəlif yerləri çökür. Bir neçə gün əvvəl isə 2-ci mərtəbənin tavanı uçub.

Bildirilir ki, əraziyə baxan 130 saylı Mənzil Kommunal İstismar İdarəsinin işçiləri elə həmin gün uçmuş hissələri təmizləmək adı ilə eyvandan yerə ataraq gediblər.

130 saylı Mənzil Kommunal İstismar İdarəsindın "Xəzər Xəbər"ə bildirildi ki, həmin bina qəzalı vəziyyətdə olduğundan əsaslı təmiri mümkün deyil, amma sabahdan uçmuş hissənin cari təmirinə başlanılacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.