2 rəngli avtomobillərin duracağa yerləşdirilməsi düzgündür? - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Üzərində 2 rəng olan avtomobilləri Yol polisi əməkdaşları saxlayaraq cərimə meydançasına aparır. Səbəb kimi isə nəqliyyat vasitələrinin zavod istehsalına uyğun olmayan şəkildə, yəni nəqliyyat vasitəsinin yarısının bir rəngdə, digər hissəsinin isə başqa rəngdə olması göstərilir.
Baş Dövlət Yol Polisi İdarəsindən "Xəbər Ertəsi"nə də avtomobili bu şəkildə idarə edən şəxslərin saxlanılması və nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsi faktını təsdiqləyiblər.
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov isə bildirir ki, qanunvericilikdə avtomobillərdə bir neçə rəngin olub-olmaması ilə bağlı konkret standartlar yoxdur. Əsas odur ki, vurulan rənglər dayanıqlı olsun. Yəni asan şəkildə yuyularaq pozulması mümkün olmasın. Ərşad Hüseynov avtomobilin banının müxtəlif rənglərdə olması ilə bağlı da hansısa bir tələbin qoyulmadığını vurğulayır.
Ərşad Hüseynovun sözlərinə görə, avtomobildə fərqli rənglərin olması dövlət qeydiyyatına alınaraq sənəddə qeyd olunubsa, sürücü onu həmin vəziyyətdə idarə edə bilər.
"Rənglər sənədləşdirilmədikdə isə cərimə nəzərdə tutulsa da, nəqliyyat vasitəsi duracağa yerləşdirilə bilməz".
Ərşad Hüseynov onu da əlavə edib ki, bəzən sürücülər avtombilin rəngində əhəmiyyətli dərəcədə dəyişiklik edir və bunu qeydiyyata aldırmırlar. Görünən odur ki, Dövlət Yol Polisi də məhz bu cür qanunsuzluqların qarşısını ala bilmək üçün inzibati tədbirlər həyata keçirir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Əfv sərəncamının icrası başa çatıb - (Yenilənib)
-
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
-
Həcc ziyarətinə getmək istəyənlərə mühüm xəbər - Qeydiyyat bu tarixdə başlayır
-
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib
-
"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" AZCON-un idarəetməsinə verilib
-
3 gün morqda qaldıqdan sonra tabutda ayılan qazimiz - (Video)
XƏBƏR LENTİ
-
Pezeşkian: Biz təcavüz yox, müdafiə üçün güclənmək istəyirik
-
Əfv sərəncamının icrası başa çatıb - (Yenilənib)
-
Rezai: Tramp və Netanyahu sağ qurtula bilməyəcək
-
Zeynəb Xanlarovanın səhhəti ilə bağlı açıqlama - Yenilənib
-
Aeroportda 20 min dollar tapdı, 3 minini dilənçilərə payladı
-
Əfv edilən yeganə qadın məhkum - (Foto/Video)
-
Bakının bu ərazisində yaşayanlar köçürüləcəklər - 35 milyon manat ayrıldı
-
Fransa Azərbaycana Martin Ryanın əfv olunmasına görə təşəkkür edib
-
Lavrov və Rubio Nyu-Yorkda görüşüb
-
Bakıda tanışının evindən 33 min manat oğurladı - Saxlanıldı
-
Tanınmış aktyor xəstəxanaya yerləşdirildi
-
Britaniyada hərbi təyyarə qəzaya uğradı
-
İmişlidə qanunsuz balıq ovlayan şəxs saxlanıldı
-
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
-
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
-
Prezident İlham Əliyev BƏƏ Vitse-prezidentinə başsağlığı verib
-
Həcc ziyarətinə getmək istəyənlərə mühüm xəbər - Qeydiyyat bu tarixdə başlayır
-
Serxio Peres: "Azərbaycan Qran-prisini səbirsizliklə gözləyirəm"
-
Hörmüz boğazında karqo gəmisinə hücum: Xəsarət alanlar var
-
Narkokuryerlərə qarşı əməliyyat: 31 kiloqramdan çox narkotik götürüldü - (Video)
-
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib
-
"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" AZCON-un idarəetməsinə verilib
-
Bu məhsulların gömrük rüsumu artırıldı
-
3 gün morqda qaldıqdan sonra tabutda ayılan qazimiz - (Video)





