Cəmiyyət

Zibillikdən skelet aşkarlandı - təhlükəsizlik kameralarına baxış keçirilir - VİDEO

21 İyul 2023 12:46
Baxış: 886
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Binəqədi rayonu, Baksol qəsəbəsi ərazisində zibillikdən insan skeleti aşkar edilib.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, ərazidə bazu və kəllə sümükləri tapılıb.

Ərazidə işləyən fəhlələrdən biri insan kəlləsinə bənzər sümüyü aşkar edən kimi ''102 xidməti''nə məlumat verib.

Dərhal hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib, araşdırmalara başlayıblar.

İnsan sümüyünə bənzər skelet ərazidən götürülərək ekspertizaya aparılıb.

Hüquq - mühafizə orqanlarının əməkdaşları skeletin ora hansı şəraitdə atılmasını müəyyən etmək məqsədilə əraziyə yaxın təhlükəsizlik kameralarına baxış keçirir. Hadisənin qətl olub - olmadığı da araşdırmanın sonunda bəlli olacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.