Cəmiyyət

4 ildir pulunu verib aldıqları mənzillərə köçə bilmirlər... - VİDEO

20 İyul 2023 03:38
Baxış: 2 012
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaşayış üçün bina tikilsə də, ancaq təmir olunmadığı üçün sakinlər öz mənzillərinə sahib çıxa bilmirlər.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, sakinlər tikinti şirkətinin 4 ildir öhdəliyini tam yerinə yetirməməsindən şikayətçidir.

Masazır kənd Heydər Əliyev prospekti döngə 2 ünvanında yerləşən apartman tipli beş mərtəbəli tikili müqavilə əsasında Şoranlıq -94 çoxprofilli şirkətə aiddir.

"Mənzillər sakinlərə satılsa da, lakin verilən müddət başa çatıb".

Tikilidə fasadın təmirini həyata keçirən şəxs isə işlərin tədricən həyata keçirildiyini deyir.

Mövcud məsələ ilə bağlı tikinti şirkətinin rəhbəri Pərviz Qurbanov "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, gecikmələrə baxmayaraq işlər qısa vaxt ərzində yekunlaşacaq və mənzillər öz sahiblərinə təhvil veriləcək.

Vətəndaşlar mövcud problemlə bağlı aidiyyatı qurumlara şikayət məktubu ünvanladıqlarını bildirirlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.