Dövlət Gömrük Komitəsində yeni təyinat olub.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsi sədrinin sərəncamı ilə Elmir Ramazanov Bakı Baş Gömrük idarəsinin rəisi təyin edilib.
E.Ramazanovun dosyesini təqdim edirik.
E.Ramazanov 1988-ci ildə Bakıda anadan olub. 2009-cu ildə Azerbaycan Dövlet İqtisadiyyat Universitetinin Iqtisadiyyatin hüquqi tənzimlənməsi fakültəsini bitirib. İkinci təhsil kimi 2022-ci ilde Azerbaycan Prezidenti yanında Dövlət idarəçilik Akademiyasının, Dövlət və bələdiyyə idarəetmesi fakültəsinə daxil olub. İxtisasına uyğun olaraq Əmək fəaliyyətinə Vergiler Nazirliyində başlayıb.
2012-ci ildən vergi sistemində inspektor vəzifəsində fəaliyyətə başlayaraq müxtəlif vəzifələrdə çalışıb və Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin rəis müavini vəzifəsinə qədər yüksəlib.
2022-ci ilin avqustun 15-də Dövlət Gömrük Komitəsi sədrinin sərəncamı ilə BBGİ-nin rəis müavini vəzifesinə təyin edilib.
Ailəlidir, 1 övladı var.
Milli.Az