Cəmiyyət

İsmayıllı-Lahıc yolunda hərəkət qismən bərpa olunub

30 İyun 2023 21:09
Baxış: 1 090
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsmayıllı-Lahıc yoluna tökülən qaya parçaları təmizlənərək hərəkət qismən bərpa olunub.

Milli.Az xəbər verir ki, bu gün günorta saatlarında başlayan intensiv yağıntılar nəticəsində İsmayıllı-Lahıc avtomobil yolunda (9-19-cu km-lər) yolun hərəkət hissəsinə tökülən qaya parçaları təmizlənərək avtonəqliyyat vasitələrinin hərəkətində yaranmış məhdudiyyət qismən aradan qaldırılıb.

Sözügedən yolda yaranmış problemlə bağlı dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "5 N-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.

Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində sözügedən yolda avtonəqliyyat vasitələrinin hərəkəti qismən təmin olunub.

Hazırda ərazidə hərəkətin tam bərpa olunması istiqamətində işlər davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.