Müsəlmanların müqəddəs bayramlarından sayılan Qurban bayramı ölkəmizdə coşqu ilə qeyd edilir.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bayram namazını qılmaq üçün insanlar səhər saatlarından məscidlərə axın ediblər.
"Təzəpir" məscidində insanlar xalqımızn firavanlığı və xoşbəxtliyi üçün dualar ediblər.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bayram günlərində kəsiləcək qurbanlarla bağlı fikirlərini bölüşüb.
Paytaxtla yanaşı bölgələrdə də bayram namazı coşqu ilə qılınıb.
Qeyd edək ki, bu il Azərbaycanda Qurban bayramı iyunun 28-29-da qeyd olunur.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.
Milli.Az