Cəmiyyət

Xəzər rayonunda qanunsuz tikintilərin qarşısı alınıb - VİDEO - FOTO

22 İyun 2023 13:01
Baxış: 974
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-dən Milli.Az-a verilən məlumata görə, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinin Sovxoz adlanan ərazisində iki, Ş.İ.Xətai küçəsində isə bir qeyri-yaşayış obyektində aidiyyəti qurumlar tərəfindən təsdiq edilmiş layihədən kənara çıxılmaqla qeyri-qanuni tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində layihədənkənar inşa olunan qanunsuz tikililər sökülüb və obyektlər nəzarətə götürülüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.