Cəmiyyət

Qurbanlıq heyvanların QİYMƏTİ neçəyə olacaq? - VİDEO

20 İyun 2023 12:29
Baxış: 3 069
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İyunun 28-29-da ölkədə Qurban bayramı qeyd olunacaq.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, artıq bayram hazırlıqlarına da başlanıb. İndidən qurbanlıq heyvan alanlar da var. Ağdaş bazarında satıcılar deyirlər ki, qiymətlər ötən illərə nisbətən enib. Bayramqabağı isə bahalaşma gözlənilmir.

Satıcıların sözlərinə görə, heyvanlar satış üçün Bakıya aparıldıqda qiymət fərqi özünü göstərir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri İlkin Kərimov da "Xəbər ertəsi"nə bildirib ki, qurban bayramına hazırlıq prosesi davam etdirilir.

İlkin Kərimov onu da qeyd edib ki, qurbanlıq heyvanların kəsimi, satışı ilə bağlı siyahı və əlavə digər zəruri məlumatlar da ictimaiyyətə açıqlanacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.