Cəmiyyət

Bu gündən müəllimlərin sertifikasiya imtahanı başlayır

20 İyun 2023 07:15
Baxış: 1 147
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gündən 28 min müəllim üçün sertifikasiya imtahanı başlayır.

Milli.Az xəbər verir ki, onlardan 8 500 nəfəri Azərbaycan dili və ədəbiyyat, 19 500 nəfəri isə ibtidai sinif müəllimləridir.

Gün ərzində, səhər və günorta olmaqla iki seans təşkil ediləcək.

Yaşı 60-dan yuxarı olan 5 700-dən çox müəllim sertifikasiya imtahanında iştirak etməyəcək. Test mərhələsi 13 şəhərdə yaradılan 23 mərkəzdə baş tutacaq.

Sertifikasiya imtahanlarından uğur qazanan müəllimlərin əməkhaqlarına əlavələr olacaq. Gələcəkdə digər motivasiya xarakterli addımlar da olacaq. Belə ki, direktor və direktor müavinləri seçimində sertifikasiya balı nəzərə alınacaq. Eyni zamanda məktəbəsaslı metodist xidməti üçün sertifikasiyadan keçən müəllimlərə üstünlük veriləcək.

Ötən il sertifikatlaşdırmadan keçmiş 3 164 təhsilverənin vəzifə maaşına 35 faiz, 5 624 təhsilverənə isə 10 faiz əlavə ödənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.