Cəmiyyət

Köhnə binalarla bağlı qorxunc PROQNOZ... - Zəlzələ olsa... - VİDEO

7 İyun 2023 14:54
Baxış: 2 421
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əgər zəlzələ olarsa Sovet dövründə tikilən bir çox binalarda böyük dağıntılar əmələ gələ bilər.

Milli.Az xəbər verir ki, bunu "Xəzər Xəbər"ə FHN-nin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin rəisi Təyyar Hüseynli bildirib.

Qurum rəsmisinin sözlərinə görə, bu binaların bir çoxu istismar müdətini başa vurub və ona görə də zəlzələyə davamlılığı azalıb.

Hətta bu binaların bir qismində yaşayanların  köçürülməsi də nəzərdə tutulur.

Təyyar Hüseynli həmçinin yeni tikilən binaların zəlzələyə davamlılığı məsələsinə də aydınlıq gətirib.

Onun sözlərinə görə, hətta binaların davamlılığını yoxlamaq üçün xarici ölkələrdən nümayəndələr ölkəmizə dəvət olunub və yoxlamalar aparılıb.

Qurum rəsmisi bildirib ki, hazırda ölkə ərazisində istismar müddətini başa vurmuş və qəzalı vəziyyətdə olan binaların söküntüsü davam edir.

Bu proses mərhələli şəkildə aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.