Uşaqlar arasında depressiya halları ARTIR - Psixoloqdan HƏYƏCAN TƏBİLİ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Depressiyanın yaşı çox gəncləşib. Amma bizim cəmiyyət hələ bunu tam qəbullanmaq istəmir. Hansı valideynə desən ki, uşağın depressiya keçirir, təbii ki, bu söz ən azından onun xoşuna gəlməyəcək. Üstəlik də bu fikirlə razılaşmayacaq. Başlayacaq ki, atasına və yaxud anasına oxşayıb, az danışandı, qaraqabaqdı".
Milli.Az bildirir ki, bunu Bizim.Media-ya açıqlamasında psixoloq Gülnar Orucova deyib.
O bildirib ki, valideynlərin bir çoxu reallığı qəbul etmədikləri üçün məktəb psixoloqlarının üzərinə bu sahədə daha çox iş düşür:
"Uşağın depressiyaya düşdüyünü valideynə ilkin olaraq məktəbdəki psixoloqu inandırmalıdır. Məktəb psixoloqunun və eləcə də müəllimlərin borcudur ki, uşaqların davranışını davamlı şəkildə izləsinlər. Çox təəssüf ki, biz bunu görmürük. Ona görə də uşaqlar arasında depressiyaya düşənlərin sayı kəskin artıb.
Bir faktı deyim ki, əvvəllər 10-12 yaşlı uşaqlar arasında intihar hadisələrinə çox nadir halda rast gəlinirdi. Amma indi bu adi məişət hadisəsinə çevrilib.
Uşaqlar arasında depressiya hallarının əsas səbəbi yetkinlik yaşının çox irəli getməsidir. Əvvəllər uşaqlarda yetkinlik yaşı 13-16 yaş arasında müəyyə edilmişdi. Amma indiki uşaqlar hətta 11 yaşında yetkinləşirlər. Buna səbəbsə təbii ki, sosial şəbəkələr və informasiya bolluğudur. Uşaqlar kiçik yaşlarından daha çox məlumatlar aldıqları üçün daxilən çox tez böyüyürlər".
Gülnar Orucova qeyd edir ki, yetkinlik yaşının cavanlaşması təbii ki, depressiyanın da cavanlaşmasına səbəb olub:
"Məsələn, autizm xəstələrinin sayı son vaxtlar çoxalıb. Bəziləri bunu peyvəndlə, kimlərsə qidaların tərkibi ilə əlaqələndirirlər. Bəziləri də bunu genetik faktorla izah edirlər. Yəni söylənilən səbəblər çoxdur. Amma kim hansı səbəb gətirirsə, gətirsin, fakt budur ki, autizmli uşaqların sayı günbəgün artır. Bundan başqa nitq qüsurlu uşaqların da sayı durmadan çoxalır. Sosiallaşma, adaptasiya problemi olan uşaqların da sayı artır".
Psixoloq hiperaktivliyin də artıq bir sindroma çevrildiyini söyləyib:
"Bu sindromdan əziyyət çəkən uşaqlara da çox rast gəlinir. Nə yazıq ki, cəmiyyətimizdə hiperaktiv uşaqlara yanaşma tərzi fərqlidir. Belə uşaqlara nadinc, dəcəl adı qoyaraq hətta onları döyürlər, fiziki cəza verirlər. Bu da həmin uşaqlarda davranış pozuntusu kimi özünü göstərir.
Təcrübə göstərir ki, valideynlər uşaqların problemini çox zaman qəbul etmirlər. Və yaxud düşünürlər ki, uşaqdakı problem zamanla keçib gedəcək. Amma psixoloji yardım olmasa, heç bir travma keçib getmir.
Məsələn, nənənin, babanın və yaxud digər yaxın adamın itkisi uşaqda böyük travma yaradır. Ailədə şiddətin olması da uşaqları düpressiyaya salır. Ona görə də uşaqlara qarşı çox diqqətli olmalı, onların davranışlarında baş verən dəyişikliyə həssaslıqla yanaşmalışıq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Su canlılarının cəsədləri niyə sahilboyu səpələnib? - (Video)
-
Leyla Əliyeva və Alyona Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olublar - (Foto)
-
Səhiyyədə ən yüksək əlavə ödəniş alanlar kimlərdir? – Qanunvericilikdəki qərar
-
Leyla Əliyeva və Alyona Əliyeva Xınıslı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olublar - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər - (Foto)
XƏBƏR LENTİ
-
Samsung telefonlarında müəmmalı mavi nöqtənin sirri
-
Mətbəx pulu ilə işə başladı: İndi 40-dan çox qadını işlə təmin edir - (Foto)
-
Su canlılarının cəsədləri niyə sahilboyu səpələnib? - (Video)
-
63 yaşlı Aydan Şenerdən estetik etirafı: İllərə meydan oxumasının sirri - (Foto)
-
Sərnişinlər uçuşdan sonra niyə xəstələnirlər?
-
Yolda tapdığı qara daş həyatını dəyişdi: Fermer ev və maşın aldı
-
2027-ci il nə ilidir? - Şərq təqvimi açıqlandı
-
Türkiyədə holdinq sahibi həbs olundu
-
Balıq bazarıda bahalaşma var - (Video)
-
Yasamalın bəzi ərazilərində bu gün işıq olmayacaq
-
“Hörmüz tamamilə bağlıdır və nəzarətimizdədir” - Əli Abdullahi
-
Günün qoroskopu: Böyük məbləğdə nağd pul xərci proqnozlaşdırılır
-
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terror aktından 6 il ötür
-
Mayk Tayson İstanbulda seriala çəkilir
-
Bakının bu ərazilərində ucuz mənzillər satılır - (Video)
-
Azərbaycan və UNESCO arasında əməkdaşlıq məsələləri müzakirə olunub - (Foto)
-
Anasını qətlə yetirən 22 yaşlı gəncə hökm oxundu
-
35 yaşlı qadının başına dirək aşdı: Bədbəxt hadisənin təfərrüatı - (Video)
-
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
-
Super Liqa: “Trabzonspor” səfərdə, “Beşiktaş” evdə qalib gəlib
-
Leyla Əliyeva və Alyona Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olublar - (Foto)
-
“Təbrik” şadlıq sarayının qarşısında kütləvi dava baş verib - Yenilənib - (Video)
-
Səhiyyədə ən yüksək əlavə ödəniş alanlar kimlərdir? – Qanunvericilikdəki qərar
-
Zelenski səfərbərlik və hərbi vəziyyətin müddətini uzadıb





