Cəmiyyət

"Miss & Mister Azerbaijan 2023" Milli Gözəllik müsabiqəsinin finalı keçirildi - FOTO

30 May 2023 18:40
Baxış: 3 819
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ay İşığı" restoranında "Miss & Mister Azerbaijan - 2023"Milli gözəllik müsabiqəsinin finalı keçirilib. Milli.az xəbər verir, ki axşamın təntənəli, birinci hissəsi Dövlət Himni, "CİGİTLAR" rəqs ansamblının ifası və digər musiqi nömrələri ilə başlayıb.

"Miss & Mister Azerbaijan 2023" Milli Gözəllik müsabiqəsinin açılışı "Mister Azerbaijan" müsabiqəsinin iştirakçıları tərəfindən defile formatında təqdim edilib. Qızlar və oğlanlar daha sonra üç turda qonaqlar və münsiflər heyəti qarşısında çıxış etdilər: Sport casual, Casual/Cocktail dress, Black tie/Evening gown. Gecənin aparıcıları məşhur ifaçılar Rövşən Civişov və Gülüm Hacıyeva olub.

"Gözəllik müsabiqələri ideyası 19-cu əsrə aiddir, lakin yalnız yüz ildən sonra onlar müntəzəm hala gəldi. "Miss & Mister Azerbaijan" Milli Gözəllik müsabiqəsi 1996-cı ildən bəri hər il keçirilir. Fərqli mədəniyyətlər, dövrlər və insan cəmiyyətləri şəxsiyyətin tam formalaşması üçün zəruri olan gözəllik haqqında fərqli fikirlərə sahib ola bilər. Təsadüfi deyil ki, gözəllik həqiqət və yaxşılıqla yanaşı əsas kateqoriyalardan biridir. Bu, yalnız beynəlxalq standartları, milli xüsusiyyətləri və rəqabəti əhatə edən rəngarəng bir əyləncə şousu deyil, həm təşkilatçıların, həm də iştirakçıların çox zəhmətidir. Bəziləri üçün müsabiqədə iştirak etmək həyatlarını tamamilə yaxşılığa doğru dəyişməyə kömək edir, onların qarşısında yeni perspektivlər açır", - deyə "Miss & Mister Azerbaijan" təşkilatçısı və təsisçisi, yazıçı və publisist, Milli mükafatlar laureatı, münsiflər heyətinin sədri Anelya Orduxanova bildirib.

Müsabiqənin münsiflər heyətinə "Miss & Mister Azerbaijan" İcraçı Direktoru Amil Abbasov, psixoloq, dilçi Səhavat Qabiloğlu, model müsabiqələrin mükafat sahibləri Mahmud Həsənov, Tehranə Bəhruzi, Əzizə Kərimi, iş adamı İqor Yakovenko, telejurnalist Ramilə Qardaşxanqızı, teleaparıcı Vüqar Kamiloğlu, idmançı, fitnes-məşqçi Kamil Zeynalov da daxil olub.

"Miss & Mister Azerbaijan 2023" Milli gözəllik müsabiqəsinin qalibləri: Mister Azerbaijan 2023 - Cavidan Kəsəmənli və Miss Azerbaijan 2023 - Kameliya Yussef. Digər nominasiyalarda qaliblər: I Vitse Miss Azerbaijan 2023 - Sevinc Alıyeva, II Vitse Miss Azerbaijan 2023 - Könül İsmayılova, III Vitse Miss Azerbaijan 2023 - Aytac Səmədova, Miss Baku 2023 - Yeqənə Kərimova, Miss Super Model 2023 - Ebru Kazımlı, Miss Photo Model 2023 - Zəhra Yılmaz, Miss Charm 2023 - Mələk Həsənzadə, Miss Grace 2023 - Sevinc Ələkbərova, Miss Catwalk 2023 - Gültəc Səmədova.

I Vice Mister Azerbaijan 2023 - Nicat Qurbanlı, II Vice Mister Azerbaijan 2023 - Mövlud Sultanov, III Vice Mister Azerbaijan 2023 - Rafiq Hüseynov, Mister Baku 2023 - Fərrux Babayev, Mister Super Model 2023 - İsməli Abbaszadə, Mister Photo Model 2023 - Aslan Aslanov, Mister Style 2023 - Vüsal Əhmədov, Mister Sport 2023 - Fərhad Əsgərzadə, Mister Catwalk 2023 - Elvin Qaffarlı, Mister Smile 2023 - Ümüd Baxşiyev.

İnformasiya dəstəyi - Trend.Az. Day.Az. Milli.Az. Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.