Cəmiyyət

Zəngəzur dəhlizi ilə bağlı saxta xəritələr yayılır - VİDEO

13 May 2023 13:24
Baxış: 1 865
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son günlər Turan yolu adlanan ''Nəqliyyat dəhlizi'' ilə bağlı saxta xəritələr yayılır.

Təəssüf ki, bəzi siyasətçilər Türkün yolunun, həmin dəhlizin Azərbaycandan deyil, türk olmayan dövlətlərdən keçdiyini düşünür və bunu əyani olaraq nümayiş etdirir.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki,bu məqsədlə Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyətinin təşkilatçılığı, qazilər, şəhid ailə üzvləri və QHT-lərin iştirakı ilə keçirilən tədbirdə mediaya bəyanat səsləndirlib.

"Bəyanatı Qarabağ qaziləri oxuyub."

Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyətinin rəhbəri Hakan Seyhan bildirib ki, bu gün Zəngəzur dəhlizinin alternativi yoxdur və qəbul edilmir.

Qarabağ qaziləri qeyd ediblər ki, Zəngəzur dəhlizi türk birliyi üçün açar rolunu oynayır.

Bildirilib ki, bu gün türk birliyini istəməyənlər artıq əməlləri ilə bunu göstərmiş oldu.

"Ancaq bu təxribatçı addımlar türk birliyinə əngəl ola bilməz."

Əlavə edilib ki, Türkün əsirlik yolu bəllidir və bu düşüncəyə sahib çıxmayan insanın Türk Dünyası və Türk Yolundan danışması məntiqsizdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.