Cəmiyyət

Şəhid əmisinin arxasında dayanan İbrahim... - FOTO

8 May 2023 23:36
Baxış: 1 313
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Birinci Qarabağ müharibəsinə şəhid olan Bayramov Malik Yaşar oğlunun anım günüdür.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Malik Bayramov 1992-ci ildən Azərbaycan torpaqlarını azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, Cəbrayıl, Füzuli, Tərtər rayonu istiqamətlərində gedən döyüşlərin iştirakçısı olub. Malik Bayramov 1994-cü il mayın 8-də Tərtər rayonu Çaylı-Talış istiqamətlərində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub. Şəhidimiz Şamaxının Şəhidlər Xiyabanında dəfn olunub. Anım günündə şəhidimizin azyaşlı qardaşı oğlu İbrahim üzünü görmədiyi əmisinin məzarını ziyarət edib, ruhuna dualar oxuyub, məzarı başında şəkil çəkdirib, onu ehtiramla yad edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.