Cəmiyyət

7 yaşlı Fərid Bakarovun atası məşqçi Mehman Xəlilovun evinə HÜCUM ETDİ - FOTO

3 May 2023 08:15
Baxış: 3 827
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aprelin 29-da məşq zamanı aldığı xəsarətlər nəticəsində həyatını itirən 7 yaşlı Fərid Bakarovun atası Revaz Bakarov məşqçi Mehman Xəlilovun evinə hücum edib

Milli.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Qeyd edək ki, Revaz Bakarovu qapıda Mehmanın anası qarşılayıb. Qadın övladının əməlinə görə qanun qarşısında cavab verəcəyini bildirib. 

Qeyd edək ki, Sumqayıtda 7 yaşlı uşağa xəsarətlər yetirərək ölümünə səbəb olmaqda ittiham olunan idman müəllimi Mehman Xəlilovun barəsində həbs qətimkan tədbiri seçilib. Bu barədə qərar Sumqayıt Şəhər Məhkəməsinin hakimi Elçin Məmmədovun sədrliyi ilə keçirilən iclasda elan olunub. Qərara əsasən, M.Xəlilovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.