Cəmiyyət

Sonunda işıq görünməyən tunellərimiz... VİDEO

2 May 2023 15:36
Baxış: 1 245
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tunellərdə gündüz işıqlandırılmasının düzgün qurulmaması sürücülərə problem yaradır.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, səbəb uzun müddət güclü işığa məruz qalmış insan gözü tunelin içindəki zəif işığa dərhal adaptasiya oluna bilmir.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov "Xəzər Xəbər"ə bildirir ki, paytaxt ərazisindəki bəzi tunellərdə də işıqlandırma ürəkaçan deyil.

Onun sözlərinə görə, bu səbəbdən də gündüz vaxtı, xüsusilə də günəşli havada tunellərə daxil olmaq təhlükə yaradır, qəzalara səbəb ola bilir.

Sürücülər də tunellərdəki gündüz işıqlandırılmasının təhlükəyə yol açdığını deyır.

Dünya təcrübəsinə əsasən bu təhlükənin olmaması üçün uzun tunellərdə işıqlandırma mərhələli olmalıdır ki, sürücünün gözü ani dəyişən işıqlandırma səviyyəsinə uyğunlaşa bilsin.

Nəqlıyyat üzrə Türkiyəlı ekspert Mustafa Ilıcalı da ilk bölgənin önəmli olduğunu deyir.

Son illər isə çöldəki işığın səviyyəsınə görə, girişdəkı işıqlandırmanı tənzımləyəcək ağıllı sistemlər və ya günəş işığına həm ən yaxın rəngdə, həm də səviyyədə olan xüsusi lampalar istifadə olunur.

"Xəzər Xəbər" məsələ ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinın mətbuat katibi Anar Nəcəfli ilə əlaqə saxlayıb."

Bildirilib ki, tunellərin işıqlandırılması tam olaraq normalara uyğundur. Yəni, tunelə girərkən qeyd etdiyimiz narahatlığı yaşayan sürücülərə tunelə çatmadan maşının işıqlarını yandırmaq və günəş eynəklərini çıxarmaq qalır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.