Cəmiyyət

15 ildir aldığı təqaüd niyə kəsilb? - VİDEO

28 Aprel 2023 20:00
Baxış: 1 284
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tovuz rayonunun Alakol kənd sakini, 42 yaşlı Aynur İsmayılovanın təqaüdü kəsilib.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Aynur  İsmayılova 15  ildir mübarizə apardığı qıcolma, yüksək təzyiq və eplepsiya xəstəliyinə görə əvvəllər ikinci qrup, daha sonra isə üçüncü qrup üzrə təqaüd alıb.

O, illərdir ki, təqaüd pulu ilə dərmanlarını aldığını bildirir. Lakin bir ildən çoxdur ki, təqaüdünün bərpası üçün aidiyyəti üzrə müraciətlər etsə də hər dəfə fərqli imtina səbəbləri ilə üzləşib.

Daha sonra vətəndaş  Respublika Əlillərin Bərpa Mərkəzinə yönləndirilib. Ora da müraciət edən Aynur İsmayılova yenə çarəsiz qalıb.

Dövlət Tibb-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr  və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov məsələyə münasibət bildirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.