Cəmiyyət

Kasko sığorta neçəyədir və nə qədər olmalıdr? - VİDEO

24 Aprel 2023 13:40
Baxış: 977
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda avtomobillərin kasko sığortasına son vaxtlar maraq artıb. Bəs bu növ sığortanın qiyməti neçəyədir və nə qədər olmalıdr? 

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, sığorta məsələləri üzrə ekspert Vüsal Bədəlov deyib ki, son vaxtlar bir çox sürücülər özlərini riskdən daha çox sığortalamaq üçün kasko sığortaya müraciət edirlər. Amma bu sığorta növü könüllü məhsul hesab olunduğundan onun maddələri qarşılıqlı razılaşma əsasında müəyyən edilməlidir.

Ekspert tövsiyə edir ki, bu növ sığorta almaq istəyənlər birbaşa deyil, sığorta agentlərinə müraciət etsinlər. Avtomobil sahibləri bütün detalları həmin agentlər ilə dəqiqləşdirdikdən sonra sığorta məhsulunu alsınlar.

Vətəndaşların agentlərdən sığorta müqaviləsinin müddəalarının açıqlanmasını tələb etmək hüququ var. Bu gələcəkdə vətəndaşlarla sığorta şirkətləri arasında problemlərin baş verməməsi üçün vacib addımdır. Azadolma məbləği, avtomobilin bazar dəyərinin dəqiqləşdirilməsi mütləqdir. Çünkü gələcəkdə baş verə biləcək hadisəyə həmin müqavilənin şərtlərinə uyğun qiymət verilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.