Cəmiyyət

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılan Anar Əsədlidən XƏBƏR VAR

20 Aprel 2023 23:17
Baxış: 1 686
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

23:17

Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli aş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində istintaq işi üzrə dindirilib.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, Anar Əsədlinin ifadəsi alınıb və o sərbəst buraxılıb.

--------

20:28

Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli Daxili İşlər Nazirlinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindədir.

Daxili İşlər Nazirliyinin (DİN) KİV və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev APA-ya bildirib ki, Anar Əsədli istintaq hərəkətləri ilə əlaqədar Baş İdarəyə dəvət olunub. O, Anar Əsədlinin yaxın dəqiqlərdə buraxılacağını deyib.

Qeyd edək ki, Anar Əsədli bir müddət əvvəl də tanışları Oqtay Qasımov və İlham Hüseynovun şikayətləri əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmışdı.

Şikayətçilər Anar Əsədlini onlara olan borclarını qaytarmamaqda ittiham edirlər.

Əlavə edək ki, bu işlə əlaqədar Anar Əsədlinin ölkədən çıxışına da qadağa qoyulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.