Fitrə yalnız bu insanlara verilməlidir - ŞƏRTLƏR AÇIQLANDI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün ilin sonuncu Ramazan günüdür. Evlərdə bu gün sonuncu dəfə iftar süfrəsi açılacaq. Orucun mühüm əməllərindən biri də fitrə zəkatıdır. Hər bir şeyin zəkatı olduğu kimi insan bədəninin zəkatı da orucluq qurtardıqdan sonra fitrə verməkdir. Fitrə zəkatının vaxtı Ramazan ayının son günü - Bayram axşamı şam namazından sonradır.
Burada maraqlısı isə, bu fitrələrin hansı ailələrə verilməsidir. Fitrə-zəkat kimlərə düşür? Ümumiyyətlə, necə etmək lazımdır ki, fitrə verilən şəxs də bundan utanmasın?
Milli.Az bildirir ki, məsələ ilə bağlı Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, din xadimi Hacı İbrahim Quliyev lent.az-a açıqlama verib.
Onun sözlərinə görə, fitrə yalnız yoxsul şəxslərə verilir:
"Yəni özünün və ailəsinin gündəlik dolanışığını təmin edə bilməyən şəxslərə verilməlidir. Yaxşı olar ki, qohumlar yadlardan, qonşular da uzaqda olanlardan önə salınsın. Həmçinin elm və iman əhlini digərlərindən üstün tutulsun və fitrə onlara verilsin.
Fitrəni verərkən verilən tərəfin şəxsiyyəti nəzərə alınsın və onları utandıracaq şəkildə ödənməsin. Amma fitrəni ödəyərkən niyyət etmək lazımdır. Çünki fitrə Allahın razılığını qazanmaq üçün verilir. Ən əsas məsələ isə fitrəni günaha xərcləyən şəxslərə vermək olmaz".
Qeyd edək ki, özünün və ailəsinin illik qazancını təmin edə bilməyən və təmin etmək üçün işi, qazancı, ticarəti də olmayan fəqirdir və fitrə zəkatı ona vacib deyil. Əgər ailədə bir nəfərin fitrəsini çıxarmağa imkan çatırsa, qalanlarının fitrəsini çıxarmağa imkanı olmasa, özünün fitrəsini çıxarıb həyat yoldaşına versin. Həyat yoldaşı da ondan alıb uşağına və beləcə bir ailədə onu bir-birinə ötürdükdən sonra axırda onu aparıb müstəhəqqə (fitrə düşənə) çatdırmaq olar.
Əgər bir şəxsin heç imkanı çatmırsa, ona fitrə zəkatı vacib deyil. Hər neçə nəfər üçün imkan olarsa, onlar üçün verməsi yaxşıdır. Çünki insanın bu əməli onun sağlamlığına və ruhuna çox böyük müsbət təsir göstərir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - Yenilənib (Foto)
-
Prezident İlham Əliyevin “Qobustan” Günəş Elektrik Stansiyasının açılışından maraqlı görüntüləri - (Video)
-
Masazırda şagirdlər zirzəmidə dərs keçib? - Açıqlama - (Video)
-
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
Narkotik aşkarlanan yük maşınları müsadirə olunsun - Təklif
-
TDT ölkələri arasında ticarət və iqtisadi əlaqələrin inkişafı müzakirə olunub - (Foto)
XƏBƏR LENTİ
-
Beş bürc uğur və sərvət qazanacaq
-
Sinqapur kitab oxuyanlara pul verəcək
-
Süni intellektlə hazırlanan dərman qocalmanı ləngitdi
-
Yatanda işığı açıq saxlamaq ürəyə ziyandır
-
Bu aylarda doğulanların taleyi dəyişəcək
-
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - (Video)
-
Dünyanın ən gözəl şəhəri - Venesiya və Barselonanı geridə qoydu
-
Vatikan ilk dəfə “Oskar”a namizədlik üçün film təqdim edəcək
-
"Sumqayıt yolu"ndakı tıxac problemi nə vaxt həll olunacaq? - (Video)
-
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - təfərrüat
-
Lənkəranda ağır qəza: "Mercedes Vito" TIR-a çırpıldı, ölənlər var - Yenilənib (Foto)
-
Günün qoroskopu: İntuisiyanızın dediklərinə güvənin
-
Tacir Şahmalıoğlu arıqlamasının səbəbini açıqladı
-
Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - (Video)
-
Toyda bəy əsəbləşərək tortu yerə çırpdı - (Video)
-
İmişlidə zəlzələ olub
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
-
Vinisus Junior əsas heyətdə mövqeyini itirə bilər
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Məşhur müğənninin müəmmalı ölümü: iki həkim həbs edildi





