Cəmiyyət

Azərbaycanda su itkisinin qarşısı necə alınacaq? - VİDEO

19 Aprel 2023 16:35
Baxış: 899
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda isifadə olunan suyun böyük bir hissəsi təsərrüfata sərf olunur.

Milli.Az Xezerxeber.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib.

Onun sözlərinə ölkə ərazisinə daxil olan su, paytaxta çatana demək olar ki, yox olur.

Sadiq Qurbanov qeyd edib ki, kənd təsərrüfatında su itkisinin böyük olmasına səbəb suvarmada tətbiq edilən selləmə üsuludur.

Onun sözlərinə görə fermerlər tədricən müasir suvarma sisteminə keçid etməyə başlayıblar. problemin qarşısını almaq üçün müxtəlif layihələr icra olunub və proses davam edir. 

Millət vəkili əlavə edib ki, son dövrlərdə müşahidə edilən qlobal iqlim dəyişiklikləri sudan səmərəli istifadə üçün təxirəsalınmaz tədbirlər görülməsini zəruri edib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.