Cəmiyyət

İllər öncə maşınını satsa da, hələ də yazılan cərimələr onun adına gəlir - VİDEO

17 Aprel 2023 17:36
Baxış: 1 753
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Göyçay sakini illər öncə maşınını satsa da, hələ də nəqliyyat vasitəsinə yazılan cərimələr onun adına və ünvanına gəlir.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, söhbət Göyçay rayon Qızılağac kənd sakini Raman Bəkirovdan gedir.

"O, avtomobilini 10 il bundan əvvəl tanımadığı şəxsə etibarnamə ilə satıb"

Son üç ildə həmin nəqliyyat vasitəsinə tədbiq olunan cərimələrin hamısı Raman Bakirovun adına yazılır.

Vətəndaşın sözlərinə görə, məsələnin aydınlaşdırılması üçün aidiyyəti üzrə müraciət edib.

Baş dövlət yol polisi idarəsi məsələyə münasibət bildirilib.

Hüquqşünaslar isə bildirir ki, bu cür hallarla rastlaşdığınız zaman istənilən notariat konturuna müraciət edərək satdığınız nəqliyyat vasitəsi üçün verdiyiniz etibarnaməni ləğv etdirməlisiniz.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.