Cəmiyyət

"Xahiş edirəm, gəlin bunu yozmayaq" - İşdən çıxarılan Arzu Rəhimov

17 Aprel 2023 14:22
Baxış: 3 159
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz  kimi Prezident İlham Əliyevin sərəncamı ilə, Arzu Yusif oğlu Rəhimov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib.

Milli.Az bildirir ki, manset.az-ın əməkdaşı general-polkovnik Arzu Rəhimovla əlaqə saxlayıb. O, vəzifəsindən azad edilməsinə münasibət bildirib: 

"Cənab Prezident məni işdən azad edibsə, deməli belə lazımdır. Prezidentin hər bir əmrini, sərəncamını icra etmək borcumuzdur. Mən xahiş edirəm, gəlin bunu heç nəyə yozmayaq. Mən jurnalistlərlə dost olmuşam. Mətbuat nümayəndələrindən də xahiş edirəm ki, elə dost da qalaq".

Əməkdaşımızın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində rüşvət halları aşkar edilə bilərmi sualına sabiq xidmət rəisi qısa cavab verib:

"Qardaşım, biz hüquqi dövlətdə yaşayırıq. Kim ki, qanunvericiliyimizi pozursa qanun qarşısında cavabdehdir, məsuliyyət daşıyır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.