Cəmiyyət

Avtomobilini səkidə saxlayan sürücülərin nəzərinə! - VİDEO

15 Aprel 2023 12:24
Baxış: 851
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxtda bəzi sürücülər avtomobillərini piyadalar üçün nəzərdə tutulmuş səkilərin üzərində park edib ərazidən uzaqlaşır.

Xezerxeber.az xəbər verir ki, buna missal kimi Nərimanov rayonu, Koroğlu Rəhimov və Yahya Bakuvi küçələrinin kəsişməsini göstərmək olar.  

Sürücülər avtomobillərini səkidə park etdiklərindən piyadalar yolun hərəkət hissəsinə çıxmağa məcbur qalırlar.

"Bu da onların həyatı üçün ciddi təhlükə yaradır"

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, bu kimi halların qarşısını almaq məqsədi ilə müvafiq işlər görülüb və hələ də davam etdirilir.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə avtomobillərini səkidə park edən sürücülər qayda pozduqları üçün 20 manat məbləğində cərimə edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.