Cəmiyyət

Tovuzda tibb məntəqəsinin binası təhlükə saçır - VİDEO

12 Aprel 2023 16:48
Baxış: 766
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tovuz rayonunun Alakol kəndində yerləşən həkim məntəqəsinin binası bərbad vəziyyətdədir.

Xezerxeber.az-ın məlumatına görə, bina 1988-ci ildə inşa edilib.

Birinci Qarabağ müharibəsi zamanı məntəqənin ikinci mərtəbəsi əvvəlcə hospital, daha sonra isə məktəb binası kimi fəaliyyət göstərib. Hazırda yararsız vəziyyətdədir.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, elektrik naqillərinin birləşdiyi yuva açıq vəziyyətdədir. Pasiyentlərin dincəlməsi üçün nəzərdə tutulan çarpayı baxımsız haldadır. Dərman vasitələri isə pis şəraitdə saxlanır. Problemlər bununla yekunlaşmır.

Həkim məntəqəsinin müdiri Telman Cəfərov da baxımsızlıq ucbatından insanlara normal xidmət edə bilmədiklərini etiraf edib.

Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, həkim məntəqəsinin vəziyyəti qənaətbəxş deyil. Bu barədə aidiyyətı üzrə məlumat verilib. Nəzərdə tutulan tədbirlər planına uyğun olaraq həmin məntəqənin gələcəkdə təmiri planlaşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.