Cəmiyyət

Dünən bu rayonlarımız şəhid verdi - FOTO

12 Aprel 2023 07:41
Baxış: 4 082
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, dünən erməni təxribatı nəticəsində üç hərbçimiz şəhid olub. 

1998-ci il təvəllüdlü, Tağıyev Səbuhi Gündüz oğlu Şahbuz rayonunun Badamlı qəsəbəsindəndir. Bu barədə Milli.Az Qafqazinfo-ya istinadən xəbər verir 

Digər şəhid olan hərbçimiz 1994-cü il təvəllüdlü, Ağstafa rayonunun Xətai kənd sakini Həsənov Elşad Qabil oğludur. O, bir neçə ay öncə ailə həyatı qurub. Qeyd edək ki, şəhidimiz Gədəbəy rayonunun Qaravəlilər kəndindəndir. Elşad Həsənovun ailəsi o hələ uşaq olarkən Ağstafa rayonunun Xətai kəndinə köçüb.

Növbəti şəhid olan hərbçimiz Abşeron rayonunun Saray qəsəbəsinin sakini Zalov Vidadi Nizami oğludur. O, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi olub.

Xatırladaq ki, şəhidlərin üçü də gizir olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.