Cəmiyyət

Biləsuvarda sərxoş vəziyyətdə İran vətəndaşları saxlanılıb - FOTO

7 Aprel 2023 21:48
Baxış: 1 115
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsinin önündə sərxoş vəziyyətdə İran vətəndaşı olan sürücülər saxlanılıb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, həmin sürücülər ərazidə Dövlət Yol Polisi əməkdaşları tərəfindən aşkar olunub.

Məlumata görə, onlar sərxoş vəziyyətdə öz ölkələrinə keçmək istəyirmişlər.

İlkin məlumata görə, onlar pivə qəbul ediblər.

Hər iki sürücünün avtomobili duracağa qoyulub, özləri isə alkoqoloji testə aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.