Cəmiyyət

Bu poliklinikalarda qəti şəkildə rentgen müayinəsi almayın - VİDEO

5 Aprel 2023 11:52
Baxış: 3 204
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Paytaxt Bakıda bir sıra tibb müəssisələrinin rentgen aparatlarında nöqsan aşkarlanıb, fəaliyyəti dayandırılıb.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, artıq paytaxtda yerləşən 19 nömrəli Uşaq və 2 nömrəli Şəhər poliklinikalarında rentgen kabinetlərinin fəaliyyəti, 20 nömrəli Uşaq, 35 və 37 nömrəli Şəhər poliklinikalarında rentgen müayinəsi xidməti göstərilmir. Çünki radiasiya təhlükəsizliyi tələblərinə riayət edilməməsi və "xüsusi icazə"nin olmaması səbəbindən həmin tibb müəssisələrində rentgen avadanlıqlarının istismarı dayandırılıb.

TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova "Xəzər Xəbər"ə bildirib ki, Bakı və ətraf regionlarda yerləşən tibbi müəssisələrdə, xəstəxana, tibb mərkəzlərində mütəmadi olaraq TƏBİB və digər aidiyyətı qurumlar tərəfindən monitorinqlər aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.