Cəmiyyət

Bakıda günlərdir axtarılan 18 yaşlı qız oğlanla görün haradan tapıldı - FOTO

31 Mart 2023 01:44
Baxış: 34 956
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Günlərdir Bakıda axtarılan 18 yaşlı qız tapılıb.

Milli.Az xəbər verir ki, "Səni Axtarıram" verilişinə müraciə edən qızın valideyinlərinə övladlarının tapıldığı xəbəri verilib.

Xoşqədəm Məryəm adlı 18 yaşlı qızı studiaya dəvət edib. Yeniyetmə qız anasının üzündən evi tərk etdiyini bildirib. O deyib ki, anam məni istəmədiyim işdə çalışmağa məcbur edirdi. 

Məlum olub ki, Məryəm günlərdir paytaxtda Yunus adlı yeniyetmə oğlanla birlikdə kirayədə qalırmış. Onlar sevgili olmadığını bildiriblər. Qız Yunusla dostluq münasibətlərinin olduğunu təkrar-təkarar bildirsə də, Məryəmin anası qızının yalan dediyini bildirib. 

O da ortaya çıxıb ki, Məryəmin kirayə pulunu Yunusla birgə çalışaraq ödəyiblər. 

Bu da verlişdən kadrlar:

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.