Cəmiyyət

"Fazil Mustafa İrandan təhdid mesajları alırdı" - AÇIQLAMA

30 Mart 2023 11:43
Baxış: 2 220
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Fazil Mustafa yaxın saatlardan sonra telefon zənglərinə özü cavab verəcək". Jurnalistlərin müəyyən suallarını cavablandıracaq".

Milli.Az xəbər verir ki, bu barədə lent.az-a ötən gün güllə yarası alan Milli Məclisin deputatı Fazil Mustafanın köməkçisi Əjdər Əliyev deyib.

O, istintaqın davam etdiyini və çox yaxın müddətdə ictimaiyyətə bununla bağlı məlumat veriləcəyini bildirib:

"İstintaq prosesi aparılır. Bu dövlətin diqqətində olan məsələdir. Çox qısa müddətdə ictimaiyyətə istintaqla bağlı məlumat veriləcək. Fazil bəyin sağlamlığı ilə bağlı heç bir problem yoxdur. Hər şey qaydasındadır. Növbəti əməliyyat gözlənilmir. Hələ ki, evə buraxılacağı tarix bəlli deyil".

Ə.Əliyev son zamanlar Fazil Mustafanın təhdid mesajları aldığını açıqlayıb:

"Fazil bəyə qarşı kifayət qədər təhdidlər olmuşdu. Ölkə daxilində olan müəyyən qruplar, fərdlər var idi ki, onlar da kimlərin əlində oyuncaq olduğunu bilirik. Bu dəqiqə təcavüzkar planları ilə Azərbaycanı təhdid edən təbii ki, İrandır. Fazil Mustafa da elə İran tərəfdən təhdidlər alırdı. "Fazil Mustafa ölməlidi, güllələnməlidi" kimi təhdidlər alırdıq. Bu hadisə sifarişli və hazırlanmış hadisədir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.