Bayram süfrəsi bir ailəyə neçəyə başa gəlir? - QİYMƏTLƏR - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yazın müjdəçisi adlandırılan Novruz bayramına sayılı günlər qalıb. Demək olar ki, şəhərdəki hər bir evdə bayram ab-havası hiss olunur. Novruzun elçisi olan çərşənbələr bir-bir arxada qaldı və hər kəs bu günə təsadüf edən sonuncu çərşənbəyə - Torpaq çərşənbəsinə hazırlaşır.
Bolluq, bərəkət rəmzi olan Novruz bayramını hər kəs layiqincə keçirmək istəyir. Bayramın atributları olan şəkərbura, paxlava, qoğalın ətri hər bir evdən gəlsin, bayram süfrələrinin şahı qaralı aş dəmlənsin. Təbii ki, bütün bu hazırlıqlar üçün əvvəlcə Novruz alış-verişi etmək lazımdır. Heç kəsə gizli deyil ki, bayramlara az qalmış marketlərdə ərzaq qiymətləri süni artırılır.
Bəs, bunları nəzərə alaraq bayram süfrəsi bir ailə üçün neçəyə başa gəlir?
Milli.Az bildirir ki, lent.az-ın əməkdaşı hazırkı bazar qiymətləri ilə maraqlanıb.
Mağazalarda bayram izdihamı hiss olunur. Kimisi qoz, fındığın qiymətini soruşur, kimisi bahalaşmadan şikayətlənir...
Qiymətlər isə belədir:
Qoz - 4 manat - Ləpəsi - 14-15 manat
Fındıq 7 manat - Ləpəsi - 13.70
Qovrulmuş fındıq ləpəsi - 14.50, 16.50
Araxis - 3.80
Badam - 9.50
Badam ləpəsi - 22 manat
Şabalıd - 8 manat
İydə - 6 manat
Xurma - 10-14 manat
İnnab - 6.99
Albuxara - 7 manat
Qaysı - 12.99
Yarmarkada meyvə-tərəvəzin qiyməti isə belədir:
Armud - 1 manat
Portağal - 2 manat
Kivi - 2.50
Alma - 1 .50, 1.60
Naringi - 2.50
Heyva - 2 manat
Qreypfrut - 2.30
Banan - 3 manat
Badımcan - 1.80
Çuğundur - 80 qəpik
Kartof - 1 manat - 1.10
Soğan - 60 qəpik
1 kq sarımsaq - 4 manat, 1 ədədi 40 qəpikdir
Maraqlısı isə odur ki, ötən illərdə hər yerdə fərqli bəzəkdə səmənilər olsa da, bu il səmənilər azlıq təşkil edir.
Beli qırmızılı bahar simvollarının orta hesabla birinin qiyməti ən balacası 1 manata, ən böyüyü isə 12 manatdır.
Bu bayramın ən gözəl adət idi ki, hər evdə xanımlar yığışaraq bayram şirniyyatı bişirərdilər. Necə deyərlər, müasirləşən zamanla bərabər bu adətlər də getdikcə itir. Son illər demək olar ki, əksər xanımlar müxtəlif səbəblərdən dolayı bişirmək əvəzinə satın alırlar. Elə onların da qiymətləri ilə maraqlandıq.
Belə ki, 1 kq paxlava - 25-30 manat
Şəkərburanın 1 ədədi -1.50 - bəzəkli isə 2 manat
Şirin və şor qoğal - 1.20 manat
Badambura - 1.50 manat
1 kq tort isə - 17 manatdan başlayır.
Bayram süfrəsinin şahı plovun və digər xörəklərin hazırlanacağı ərzaqların qiymətləri isə aşağıdakı kimidir:
1 kq düyü 8-10 manat
Yumurta - 19 qəpik
Kənd yumurtası - 30 qəpik
1 kq kərə yağı - 19-20 manat
1 l duru yağ - 4-9 manat
1 kq mal əti - 13-15 manat
1 kq quzu əti - 15-17 manat
Toyuq - 6-7 manat
Şokolad - 10 - 18 manat
Meyvə şirələri - 2-3 manat
Bu sadaladıqlarımızı təqribi hesablayaraq belə bir nəticəyə gəldik: Novruz bayramına alış-veriş etmək üçün bir ailəyə təxminən 250-300 manat lazımdır. Qədim inanclara görə bayram süfrəsinin bol olması qarşıdan gələn ilin bolluq içində keçməsinə bir işarədir. Süfrəniz tək bu bayram yox, bütün günlərdə bolluq və ruzi-bərəkət içərisində olsun.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - Yenilənib (Foto)
-
Prezident İlham Əliyevin “Qobustan” Günəş Elektrik Stansiyasının açılışından maraqlı görüntüləri - (Video)
-
Masazırda şagirdlər zirzəmidə dərs keçib? - Açıqlama - (Video)
-
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
Narkotik aşkarlanan yük maşınları müsadirə olunsun - Təklif
-
TDT ölkələri arasında ticarət və iqtisadi əlaqələrin inkişafı müzakirə olunub - (Foto)
XƏBƏR LENTİ
-
“Kızılcık Şerbeti”ndən rekord
-
Ronaldu "Ən-Nəsr"dən gedir
-
Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək
-
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
-
Sabunçu və Xətaidə qaz kəsiləcək
-
ADMİU-nun I kurs tələbələrini aşağılayan şəxs barədə qərar verildi - Yenilənib
-
Gəlin toyda suyun içindən keçdi - (Video)
-
Qafqaz Albaniyasının xristian irsinin izləri Qarabağda və Azərbaycanın digər bölgələrində görünür - Hikmət Hacıyev
-
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
-
Ölüm hədəsi ilə üzləşən qapıçı 6 qol buraxdı
-
Şəhərətrafı qatar reyslərinin sayı 100-ə çatdırılır
-
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - Yenilənib (Foto)
-
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək
-
Tələbələr üçün gediş haqqı daha ucuz olacaq
-
Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - (Foto)
-
Prezident İlham Əliyevin “Qobustan” Günəş Elektrik Stansiyasının açılışından maraqlı görüntüləri - (Video)
-
Masazırda şagirdlər zirzəmidə dərs keçib? - Açıqlama - (Video)
-
ABŞ və husilər Omanda gizli görüş keçirdi - Detallar
-
Türkiyəli iş adamının olduğu təyyarə dağa çırpıldı
-
Azərbaycanda 70 qurum akkreditasiya edildi
-
Badamdarda yaşayış binasında partlayış: Xəsarət alan var
-
"Beşiktaş"da ciddi itki
-
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
Narkotik aşkarlanan yük maşınları müsadirə olunsun - Təklif





