Cəmiyyət

Azərbaycanın ali məktəblərində diplomların verilmə qaydası dəyişdirilir

27 Aprel 2012 13:57
0 Şərh     Baxış: 491
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Milli.Az xəbər verir ki, bunu Təhsil Nazirliyinin rəsmisi Vüsalə Qurbanova Day.Az saytına açıqlamasında bildirib. O, deyib ki, tələbələrə diploma əlavə də təqdim ediləcək. Əlavə Avropa Komissiyası, Avropa Şurası və YUNESKO tərəfindən birgə hazırlanıb.
"Orada diplom sahibi haqda əlavə məlumatlar yer alacaq. Sənəd 8 bənddən ibarət olacaq. Orada şəxsin peşəkarlıq səviyyəsi, həmçinin alınmış və uğurla başa çatdırılmış təhsilin xarakteri, səviyyəsi, məzmunu, konteksti və statusu barədə informasiya yer alacaq", - deyə V. Qurbanova bildirib.

Onun sözlərinə görə, dəyişiklikdə məqsəd beynəlxalq diplomatların Avropa ölkələrində tanınması, şəffaflığın təminatı, diplomatların beynəlxalq akademik və peşəkar səviyyədə ədalətlə qəbul edilməsi, həmçinin tələbələrin akademik və əmək bazarlarında mobilliyinin artırılmasıdır.

"Diploma əlavə şəxsin fərdi təsnifatının təsvir formasıdır. Bu, onun qiymətləndirilməsini, işə qəbulu ilə bağlı qərarın verilməsini asanlaşdıracaq", - deyə V.Qurbanova bildirib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.