Cəmiyyət

Maaş artımı məktəb psixoloqlarına şamil olunmur - VİDEO

24 Fevral 2023 13:44
Baxış: 1 377
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müəllimlərin əmək haqqılarının artırılması ilə bağlı sərəncamlar məktəb psixoloqları, uşaq birliyi rəhbərlərinə şamil olunmur.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov açıqlayıb.

Artyımlarla bağlı sərəncamları şərh edən Cəsarət Valehovun sözlərinə görə, bu artımlar diaqnostik qiymətləndirilməsi aparılmış və sertifikatlaşmadan keçən müəllimlərə şamil ediləcək.

Qeyd edək ki, dövlət büdcəsindən maliyyələşən ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları 2023-cü il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.

Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Prezident İlham Əliyev, eyni zamanda, dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərlərinin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında da Sərəncam imzalayıb.

Onların da aylıq vəzifə maaşları 2023-cü il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.