Cəmiyyət

"Yüzlük"lərlə bağlı VACİB AÇIQLAMA - VİDEO

22 Fevral 2023 22:39
Baxış: 3 042
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son vaxtlar 100 manatlıq əsginasların saxtalaşdırılması halları artıb.

Mərkəzi Bankın açıqlamasına görə, ötən il əsginasların saxtalaşdırılmasına dair 452 faktdan 323-ü məhz 100 manatlıq əsginaslarla bağlı olub. Ümumilikdə isə, Azərbaycanda tədavüldə olan hər 660 min əsas nağd pul nişanına 1 ədəd saxta pul nişanı düşür. Bu da beynəlxalq təcrübə ilə müqayisədə aşağı göstəricidir.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, pulları təhlükəsiz edən onların mühafizə elementləridir. Məhz bu yolla saxta pulu orijinalından asanlıqla seçmək mümkündür.

Bank mütəxəssisi Ramil Məmmədov deyir ki, vətəndaşlar saxta əsginaslar ilə üzləşdikdə istənilən bankın filiallarına yaxınlaşıb onu təhvil verə bilərlər. Saxtakarlıq halı öz təsdiqini taparsa, fakt aktlaşdırılır və saxta əsginas Mərkəzi Banka göndərilir. Amma saxta pulun əvəzinə vətəndaşa orijinal pul verilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.