Cəmiyyət

Qurban Yetirmişli: Seysmik xəritənin yenilənməsi üçün minimum 4 il lazımdır

15 Fevral 2023 18:50
Baxış: 1 119
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Respublika üzrə seysmik xəritənin yenilənməsi üçün minimum 4 il lazımdır.

Bunu APA-ya açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib. O bildirib ki, bunun üçün bütün respublika ərazisində tədqiqat aparmaq, dəqiqləşdirmələr etmək lazımdır:

"Seysmik rayonlaşdırma xəritəsində hansı ərazilərin 8-9 ballıq olması əks etdiriləcək. Xəritənin hazırlanması üçün Nazirlər Kabinetinə müraciət ediləcək".

Qurban Yetirmişli qeyd edib ki, axırıncı ümumi seysmik rayonlaşdırma xəritəsi 1978-ci ildə hazırlanıb:

"Spitakda baş verən güclü zəlzələdən sonra 1991-ci ildə ümumi seysmik xəritədə avtomatik olaraq seysmik ballar rayonlar üzrə bir bal artırıldı. İndi həmin xəritəni təkmilləşdirmək üçün tədqiqatlar aparmaq lazımdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.