Cəmiyyət

FHN-in növbəti humanitar yardımları Türkiyəyə yola salınır

9 Fevral 2023 23:48
Baxış: 958
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Respublikasında baş vermiş güclü zəlzələdən əziyyət çəkən insanlara dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) növbəti yardımı xüsusi təyyarə ilə qardaş ölkəyə yola salınıb.

Nazirliyin nümayəndəsi Ərəstun Əliyev budəfəki yardıma 1 mobil səhra hospitalının, qızdırıcıların və çadırların daxil olduğunu deyib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.