Yaxşı və pis gündə sarsılmaz Azərbaycan-Türkiyə qardaşlığı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əzəli və əbədi Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır.
Bu qardaşlıq dünya ölkələri üçün bir nümunədir. Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da o qədər güclü olacaq.
Dünən Türkiyədə baş verən dəhşətli zəlzələdə çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbər Azərbaycan cəmiyyətini çox sarsıtdı və kədərləndirdi.
Artıq Prezident İlham Əliyevin tapşırığı ilə FHN-in 400 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüb. Həmin qüvvələr artıq Türkiyədə axtarış əməliyyatlarına başlayıb. Azərbaycanlı xilasedicilər tərəfindən 7 nəfərin cəsədi dağıntılar altından çıxarılıb və təhvil verilib.
Bu gün isə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından ibarət növbəti iki təyyarə qardaş ölkəyə yola salınıb. Təyyarələrdən biri ilə FHN-in hər cür tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı, ikincisi ilə isə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, yataq dəstləri, qızdırıcılar və digər avadanlıqlar yola salınıb.
Azərbaycan dövləti bu çətin günlərdə Türkiyənin yanındadır və zəlzələdən zərər çəkənlərə öz yardımını edir. Azərbaycan xalqı hər zaman qardaş Türkiyənin yanındadır və bundan sonra da olacaq. Qırx dörd günlük İkinci Qarabağ müharibəsində bu birliyin ən yüksək zirvədə olduğunun bir daha şahidi olduq. Qardaş ölkələr arasında müttəfiqlik sənədinin Şuşada imzalanması dünyaya bu birliyin əsas göstəricilərindəndir. Hazırda bütün Azərbaycan cəmiyyəti və dövləti Türkiyədə baş verən dəhşətli yanğınları öz qəlbində hiss edir və əlindən gələn bütün vasitələrlə qardaş ölkəyə dəstək verir.
Türkiyə və Azərbaycan bir-birinə yadım etməyi özlərinə qardaş borcu hesab edirlər.
Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
Zəlzələ nəticəsində ölənlərin sayı 3432 nəfərə çatıb, daha 21 103 nəfər yaralanıb.
Türkiyədə 7 günlük matəm elan olunub.
DİGƏR XƏBƏRLƏR
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Azərbaycanda Bilik Günüdür
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirib
-
Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir
-
Azərbaycanda sahibsiz heyvanların idarə olunması üçün xüsusi müəssisələr yaradılacaq
XƏBƏR LENTİ
-
Kayli Cenner malikanəsini 15 milyona satdı - (Foto)
-
Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?
-
Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
-
Ayşən Mehtiyeva atası və oğulları ilə fotolar paylaşdı
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)
-
Azərbaycanda Bilik Günüdür
-
Bakının işğaldan azad edilməsindən 108 il ötür
-
Günün qoroskopu: Tək qalmağa ehtiyac duyacaqsınız
-
Mbappe sabiq klubuna təzminat ödəyəcək
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
-
“Fənərbaxça” turu 1 xalla başa vurub
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
İkardinin yeni ünvanı
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
-
"Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm" - Valdas Dambrauskas
-
Bərdədə ağır qəza - 1 nəfər ölüb, xəsarət alanlar var - (Foto)
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
-
Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp
-
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər





